Ana səhifə Bloq
Terminal vasitəsi ilə ödəniş
Terminal vasitəsi ilə ödəniş

İstifadəçilərə daha rahat xidmət göstərmək üçün artıq platforma terminal üsulu ilə də ödəniş formasını dəstəkləyir. Bank kartı olmayanlar belə, saytda təqdim edilən funksiyalardan yararlana bilər. 

Sizə ən yaxın MilliÖn və ya eManat aparatlarına yaxınlaşaraq rahatlıqla ödəniş edib, seçdiyiniz valyuta və ya xidməti əldə edə bilərsiniz. 

Səbətinizdəki valyuta (və ya xidməti) ödəmək üçün sizə təklif edilən üsullardan biri Terminal vasitəsi ilə olacaq.

Həmin bölməni seçib, sağ tərəfdə yerləşən xanaları düzgün şəkildə doldurub ödəniş düyməsini basmaqla sıradakı səhifəyə keçid alırsınız. Açılan səhifədə daxil etdiyiniz məlumatları yoxlayıb, düzgün olduğu təqdirdə Распечатать квитанцию düyməsini basırsınız. Bu zaman açılan səhifədə əldə etdiyiniz rekvizitlərlə istər MilliÖn aparatına, istər eManat aparatına yaxınlaşıb, ödənişi edib, terminalın verdiyi çekin şəkilini +994517012939 nömrəli whatsappa göndərirsiniz. 

Vəssalam. Ödəniş uğurla keçəndən sonra 10-15 dəqiqə ərzində* sifariş edilən valyuta balansınıza köçürüləcək. 


Qeyd*: Operator onlayn olan vaxtlarda

 

Ardıcıl addımlara videoicmalda baxa bilərsiniz:

Teqlər:
Cəmi şərhlər: 0