Ana səhifə Bloq
Payeer hesabında qeydiyyat
Payeer hesabında qeydiyyat

2012-ci ildən etibarən fəaliyyətə başlayan Payeer elektron cüzdanı uzun illərdir ki, istifadəçilərinə xidmət göstərir. Əvvəllər sadəcə fiat pulları (dollar, rubl) özündə birləşdirən hesab, zamanla özündə bəzi kriptovalyutalarıda birləşdirdi. Bu məqalədə Payeerdə qeydiyyatdan keçməyin ardıcıl addımları göstəriləcək. Uğurlar.


1-ci addım: Bu linkdən keçmək

2-ci addım: Açılan səhifədə "Create account" düyməsini basmaq

3-cü addım: Növbəti səhifədə - 1 rəqəmi ilə qeyd olunan bölməyə elektron poçtunuzu (gmail-də açılan poçt tövsiyyə edilir). 2 rəqəmi ilə qeyd edilən bölməyə kapçanı (saytın təqdim etdiyi rəqəmləri) daxil edib, Create Account düyməsini basmaq.

4-cü addım: Yuxarıdakı addımda qeyd edilən elektron poçtunuza xüsusi məktub göndərilir. Həmin məktubdakı kodu sırada açılan səhifəyə daxil edib Create Account düyməsini basmaq.

5-ci addım: Bu etapda payeer tərəfindən sizə verilən məlumatları təhlükəsiz bir yerə yazmaq və saxlamaq tələb olunanacaq. Şəkildə 1 və 2 olaraq qeyd edilən xanalarda sizin payeer hesabınza daxil olmaq üçün tələb olunan şifrəniz (istəsəniz o şifrəni dəyişə bilərsiniz), 3 olaraq qeyd edilən xanada sizin məxfi sözünüz (mütləq qeyd edin), 4 nömrəli xanada isə sizin Payeer hesab nömrəniz qeyd ediləcək. Həmin məlumatları qeyd edəndən sonra Next düyməsini basmaq.

6-cı addım: Şəkildə 1 rəqəmi ilə qeyd edilən xanaya Adınızı, 2 rəqəmi ilə qeyd edilən xanaya Soyadınızı, 3 rəqəmi ilə qeyd edilən xanaya yaşadığınız ölkəni seçib, Done düyməsini basmaq.

7-ci addım: Artıq Payeer elektron cüzdanındakı hesabınız hazır. Xeyirli olsun! Hesab nömrənizi kopyalamaq üçün saytın sağ yüxarı bölməsində xüsusi copy düyməsi var.

Teqlər:
Cəmi şərhlər: 0