Ana səhifə Qaydalar

Diqqət! Xahiş olunur, "mubadile.com" saytından (bundan sonra Platfroma) istifadə etməzdən öncə aşağıdakı Müqavilə (Saziş) ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, Platformanı tərk edə bilərsiniz. Əks halda Platformadakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Müqavilədəki şərtlərlə bütünlükdə razı olduğunuz anlamına gələcək.


Platforma və İstifadəçi arasında bağlanan Saziş

1. Əsaslar

1.1 Bu Saziş Platformanın xidmətlərinin təmin edilməsi şərtlərini müəyyənləşdirir və Tərəflər arasında təklif olunan xidmətlərdən istifadə edərkən qarşılıqlı hüquq və öhdəlikləri tənzimləyir .

1.2. Şirkət - "AIL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyət

1.3. Platforma - "AIL GROUP" Şirkətinə aid istifadəçilərinə müxtəlif növ elektron və kriptovalyutanın mübadiləsini/alışını/satışını və bu tip valyutalara uyöun digər xidmətləri təklif edən Mubadile.com veb saytı

1.4. İstifadəçi - Platformada müvafiq qaydada qeydiyyatdan keçən, həm də qeydiyyatdan keçmədən ziyarətçi (Qonaq) kimi daxil olan fiziki şəxs.

1.5. Sayt - Mubadile.com domen adı və bu domenə bağlı olan platforma

1.6 Tərəflər - Platforma və İstifadəçinin arasında keçən əməliyyat zamanı istifadə edilən termin

2. Tərəflərin Qarşılıqlı öhdəlikləri

2.1. Platformanın hüquq və öhdəlikləri

2.1.1. Platforma, Reqlamentdə qeyd edilən şərtlərlə təklif etdiyi xidmətləri yerinə yetirir. Əməliyyatlar hər hansı "fors-major" hallarda hıyata keçirilmədikdə, və ya gec icra edildiyi təqdirdə yarana biləcək zərərə görə Şirkət məsuliyyət daşımır

2.1.2. Müştəriyə həmin xidmətlərin göstərilməsi zamanı tələb olunduğu təqdirdə texniki dəstək göstərir

2.1.3. Tərəflər arasında edilən əməliyyatların, o cümlədən zaman və miqdarı barədə məlumatların məxfiliyinin qoruyur və qanuni oqranların tələbindən başqa heç kəslə bölüşməməyi öhdəsinə götürür. Bundan əlavə bazar haqqında anonim məlumat paylaşmaq səlahiyyətinə malikdir

2.1.4. Reqlamentdə qeyd edilən qaydada İstifadəçiyə endirim təklif edir

2.1.5. Texniki işlər, habelə problemlərin aradan qaldırılması üçün Platformanın fəaliyyətini dayandırmaq hüququna malikdir

2.1.6. İstifadəçinin Platforma vasitəsi ilə həyata keçirə biləcəyi gündəlik və aylıq limitləri müəyyən etmək və istənilən vaxt dəyişdirmək hüququna malikdir

2.1.7. Endirimin həcmini və qaydasını müstəqil şəkildə müəyyən etmək hüququna malikdir

2.1.8. Təklif edilən mübadilə və xidmət əməliyyatlarının komisiya məbləğini təyin etmək və dəyişdirmək hüququna malikdir. Dəyişikliklər saytda dərc edilən andan etibarən qüvvəyə minir

2.1.9. Heç bir izahat vermədən istənilən İstifadəçiyə xidmət göstərməkdən imtina edə bilər

2.1.10. Əməliyyat zamanı hər hansı səhf və ya şubhəli hal baş verərsə, İstifadəçidən əməliyyatın təsdiqi üçün hər hansı bir vasitə tələb etmək hüququna malikdir

2.1.11. İstifadəçi tərəfindən qeyri adekvat davranış və ya tələb olunan sənədlərin təqdim edilməsinin imtina edilməsi zamanı İstifadəçi ilə dialoqu dayandırmaq hüququna malikdir

2.1.12. İstifadəçi tələb olunduğu halda identifikasiya üçün tələb olunan sənədləri Platformaya təqdim etməkdən imtina etdiyi təqdirdə onun hesabındakı məbləği sənədlər göndərilənə qədər blok etmək hüququna malikdir

2.1.13. İstifadəçi tərəfindən 2.2.3 bəndinə uyğun olaraq pul çəkimi tələbi zamanı bank tərəfindən tutulan köçürmə haqqını müştərinin hesabından çıxmaq.hüququna malikdir

2.1.14. Bankdan qaynaqlanan səbəblərə və ya İstifadəçinin bildirdiyi yalnış/natamam məlumatlara görə köçürmə gecikdirildikdə və ya ümumiyyətlə həyata keçirilmədikdə Şirkət məsuliyyət daşımır.

2.1.15. Şirkət birtərəfli qaydada platformada təqdim edilən xidmət şərtlərinə dəyişiklik etmək hüququnu özundə saxlayır. Bu dəyişikliklərdən yarana biləcək hər hansı sizyana görə Şirkət məsuliyyət daşımır.

2.1.16. Şirkət yalnız mubadile.com platformasında mövcud olan dəstək sistemi vasitəsi ilə dəstək xidməti göstərir. Və şirkət tərəfindən istifadəçilərin şifrə və məxfi sözləri istənilmir. Qeyd olunan sistemdən başqa bir metodla göstərilən bir sorğu səbəbi ilə İstifadəçi tərəfindən çəkilən və ya ehtimal olunan hər hansı bir zərər üçün Şirkət məsuliyyət daşımır.

2.2. İstifadəçinin hüquq və öhdəlikləri

2.2.1. Platformadan istifadə etməzdən öncə bu müqavilənin bütün müddəalarını ayrica oxumaq və qəbul edir

2.2.2. Platforma tərəfindən tələb olunan bütün məlumatları tam və düzgün təqdim etməyi öhdəsinə götürür. Çatışmayan və ya qeyri real məlumatlara görə yarana biləcək hər hansı bir mənfi/müsbət, birbaşa/dolayı zərər İstifadəçinin məsuliyyətindədir

2.2.3. Balansındakı xidmətlərin alışı üçün sərf edilməyən məbləğin hamsını və ya bir hissəsini çəkmək.hüququna malikdir

2.2.4. Saytdan istifadə etmək üçün 18 yaşdan yuxarı olduğunu qəbul/bəyan edir və məsuliyyəti öz üzərinə götürür. Yalnış məlumat təqdim edildiyi təqdirdə bütün məsuliyyət və zərərlər İstifadəçiyə aiddir.

2.2.5 Platformaya giriş üçün tələb olunan elektron poçt və şifrənin təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyır. Platformada bu məlumatlarla həyata keçirilən bütün əməliyyatlar istifadəçi tərəfindən görüləcək hesab olunur və bu fəaliyyətdən irəli gələn hər hansı hüquq və cəza məsuliyyəti İstifadəçiyə aiddir. istifadəçi hər hansı təhlükəsizlik pozuntusu barədə xabardar olduqda dərhal Platformaya məlumat verməyi öhdəsinə götürür.

2.2.6. Bu Platformaya və ya Platformadan bəhrələnən digər istifadəçilərə zərər vermək üçün istifadə etməməyi öhdəsinə götürür. Şirkətə və ya üçüncü şəxslərin özlərinə və ya avadanlığına zərər verəcək sənədləri və ya hər hansı qanunsuz məzmunu ötürməyəcəyini və ya yükləməyəcəyini qəbul edir. İstifadəçi bu şəkildə hərəkət edərsə və buna görə Şirkət və ya digər şəxslər/təşkilatlar zərər görərsə İstifadəçi meydana gələn və baş verə biləcək bütün zərərləri kompensasiya etmək üçün məsuliyyət daşıyır, ödəmək üçün razılaşır və öhdəlik götürür.

2.2.7. Platformanı qanuna və qaunvericiliyə zidd olan məqsədlər üçün istifadə etməyəcəyini öhdəsinə götürür, və saytdan qanun və qanunvericiliyə zidd olan məqsədlər üşün istifadə edildiyi zaman yaranan bütün hüquq və cinayət məsuliyyətlərinin özünə aid olduğunu etiraf edir. İstifadəçi Platformanın (Şirkətin) hər cür qanuni müdafiə vasitələri və bu məqsəd üçün hər cür təhlükəsizlik tədbiri görmək hüququna malik olduğunu qəbul edir

2.2.8. Platformadan istifadə zamanı yaranan və ya yaranacaq hər hansı bir zərər və itkilərə görə məsuliyyət İstifadəçiyə məxsusdur. İstifadəçi bu barədə Platformanın və Şirkətin, həmçinin idarə heyəti üzvlərinin və işçilərin heç bir məsuliyyət daşımadığını qəbul/bəyan edir

2.2.9 Platformanın istifadəsi ilə əlaqədar yaranan bütün vergi öhdəlikləri üçün məsuliyyət daşıyır. Eyni zamanda Kripto pulların istifadəsi ilə əlaqədar yarana biləcək hüquqi məsuliyyətlər və vergi öhdəlikləri üçün şəxsən məsuliyyət daşıyır və Şirkətin bu əməliyyatlar zamanı əldə edilən qazanc/zərər nəticəsində yarana biləcək vergi öhdəlikləri üçün məsuliyyət daşımadığını qəbul edir

2.2.10. Platforma vasitəsi ilə kripto pulların alqı-satqısı zamanı mili qanunlara, cinayət qanunvericiliyinə və beynəlxalq qanunlara riayət edəcəyini; terror təşkilatlarının fəaliyyəti, narkotik və insan alveri, çirkli pulların yuyulması, vasitəçilik və yardım kimi cinayətlərlə əlaqəli heç bir tədbir görməyəcəyini qəbul/bəyan edir. Bu məqsədlə edilən əməliyyatın təsbit/şübhə edildiyi təqdirdə Şirkətin tələbə uyğun olaraq DİN və Prokurorluq orqanlarını məlumatlandıracağını və buna görə Şirkətin hər hansı bir itki və zərər üçün öhdəliyi və məsuliyyəti olmadığını qəbul edir

3. Reqlament

3.1. Mübadilə əməliyyatı sifariş rəsmiləşdikdən və İstifadəçi tərəfindən məbləğin ödənildiyi andan etibarən başlayır

3.2. Əvvəlcədən müəyyən edilən məbləğ İstifadəçinin qeyd etdiyi rekvizitlərə göndərildikdən sonra mübadilə əməliyyatı başa çatmış hesab olunur

3.3 İstifadəçinin rəsmiləşdirdiyi əməliyyatın imtina və həmin məbləğin geri ödənilmə hüququ yoxdur

3.4. İstifadəçi tərəfindən qeyd edilən məbləğdən fərgli məbləğin ödənilməsi zamanı Platforma tərəfindən həmin əməliyyat detalların aydınlaşmasına qədər dayandırılır.

3.5. İstifadəçinin vəsaiti əldə etməsi üçün qeyd etdiyi hesab yalnış olsa, və bu səbəbdən göndərilən məbləğ başqa şəxsə getsə, bü məbləğ barədə platforma heş bir məsuliyyət daşımır və bu cür hallar baş verdikdə bütün zərər İstifadəçiyə aiddir

3.6. Kriptovalyuta ilə edilən əməliyyatlar zamanı köçütmələrin təsdiqinin hər coinə görə müəyyən zaman aldığını nəzərə alınmalıdır. Bu işin sürətinə Platforma müdaxilə etmir.

4. Məsuliyyətin məhdudlaşdırılması

4.1.Şirkət heç bir şəkildə hüquqi,, vergi və ya investisiya məsləhətləri vermir. Bütün qərarlarda İstifadəçi müstəqildir

4.2. İstifadəçi həyata keçirmək niyyətində olduğu əməliyyatın məqsədi və maliyyə vəziyyəti üçün uyöun olub-olmaması ilə bağlı qərarlar və bunun nəticəsində yaranan risklərin tamamilə İstifadəçinin məsuliyyətindədir və İstifadəçi tərəfindən platformada edilən əməliyyatların növündən asılı olmayaraq Şirkət bunun nəticələrinə görə məsuliyyət daşımır. İstifadəçi risklərini başa düşdüyünü və Platformadan istifadə nəticəsində yaranan zərərlərə görə Şirkətin məsuliyyət daşımadığını bəyan edir və öhdəsinə götürür

4.3. Şirkət platformanın istifadəsinin fasiləsiz və səhfsiz olmasına dair öhdəlik götürmür

4.4. Şirkət, istifadəçi və ya üçüncü şəxslərin kriptovalyutadan sui-istifadə etməsi nəticəsində yaranan zərər və itkilərə görə məsuliyyət daşımır. Hər halda, Platformanın hər hansı bir hüquqi məsuliyyəti olduqda,bu ziyana səbəb olan İstifadəçi Şirkətin bütün zərərini ödəməyə borcludur

4.5. Qanunvericilik dəyişiklikləri və qanuni qaydalarla tələb olunduğu təqdirdə, Şirkət bu sazişi dərhal kompensasiya öhdəliyi olmadan ləğv edə bilər

5. Digər müddəalar

5.1. Bir fors-major hal kimi baxılan bütün hallarda, Şirkət bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir hərəkətin gec və ya tamamlanmaması üçün məsuliyyət daşımır. Fövqəladə vəziyyət; Təbii fəlakətlər, iğtişaşlar, müharibələr, tətillər, telekommunikasiya infrastrukturlarına kiber hücumlar və ya şübhələr, elektrik enerjisinin kəsilməsi və pis hava şəraiti də daxil olmaqla. Xarici qüvvələrin səbəbləri istisna olmaqla, Şirkət Azərbaycan Respublikasının qanunlarında rəqəmsal pula və ya kripto pula qarşı görülən qabaqlayıcı tədbirlər üçün məsuliyyət daşımır

5.2. İstifadəçi müqaviləyə və ya onun əlavələrindən heç birinə əməl etmədiyi təqdirdə, Şirkət əvvəlcədən xəbərdarlıq etmədən istifadəçinin üzvlüyünü dayandırmaq, ləğv etmək, hesabını dayandırmaq hüququna malikdir

5.3. Sayt istifadəçi tərəfindən qeyri-qanuni məqsədlər üçün istifadə olunursa, istifadəçi bu müqavilənin müvafiq müddəalarına uyğun olaraq yaranacaq bütün hüquqi və cinayət sanksiyaları üçün məsuliyyət daşıyır. Bununla əlaqədar olaraq, İstifadəçi ona Şirkət tərəfindən pul və kriptovalyutaların geri qaytarılmadığını qəbul edir, bəyan edir və öhdəsinə götürür

5.4. İstifadəçi saytdan Azərbaycan Respublikasının qanunlarına və bütün qanunvericiliyə uyğun olaraq istifadə etməyi öhdəsinə götürür.Şirkət istifadəçi haqqında bütün məlumatları qanunsuz istifadə edildikdə və ya müvafiq rəsmi qurumların tələbi ilə səlahiyyətli orqanlarla bölüşmək hüququna və səlahiyyətinə malikdir. Bu məsələ məxfiliyin pozulması çərçivəsində qiymətləndirilə bilməz və Şirkətə heç bir məsuliyyət verilmir

6. Gizlilik siyasəti

6.1. Şirkət istifadəçinin məlumatlarını gizli saxlamağı öhdəsinə götürür. Lakin məlumat və sənədlər Azərbaycan Respublikasının qanunlarına və bütün qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən tələb olunarsa, bu məlumatlar və sənədlər səlahiyyətli orqanlara təqdim ediləcəkdir. Buna görə Şirkət yarana biləcək hər hansı bir ziyana görə məsuliyyət daşımır

6.2. Şirkət istifadəçinin IP ünvanlarını, daxil olduqları cihaz və modeli, əməliyyat sistemlərini və brauzer məlumatlarını aşkarlayır və qeyd edir. Bu razılaşmanı qəbul edərək istifadəçi bu məsələlərdə Şirkətə açıq razılıq verdiyini qəbul edir. Şirkət bu məlumatdan istifadəçilərini ümumiyyətlə müəyyənləşdirmək və hərtərəfli demoqrafik məlumat toplamaq, istifadəçi və sistem təhlükəsizliyini təmin etmək, saxta pulla mübarizə və qanuni öhdəliklərə əməl etmək üçün istifadə edə bilər

7. Müqavilə dəyişikliyi

7.1. Şirkət bu müqavilənin bütün şərtlərini istənilən vaxt xəbərdarlıq etmədən dəyişdirə bilər. Bununla birlikdə dəyişikliklər saytda elan ediləcək, dəyişikliklər və yeniliklər saytda dərc edildiyi gündən qüvvəyə minir. Bu razılaşmanı qəbul etməklə istifadəçi bu dəyişiklikləri Şirkət tərəfindən edilməsini əvvəlcədən qəbul etdiyini bəyan edir və öhdəsinə götürür