Ana səhifə Bloq
Yeniliklər №1
Yeniliklər №1

Bu gündən yeni bir rubrikaya start verilir. Bildiyiniz kimi Azərbaycanın ilk rəsmi mübadilə platforması inkişaf edir və yeni funksiyalar əlavə edir. Bu yenilikləri tədricən məqalə və videoicmal formasında sizlərə təqdim edəcəyik. Uğurlar!

 

1. Onlayn qazanc bölməsi. Sərfəli mübadilə platformasında bu linkdən keçməklə https://mubadile.com/blog/ qarşınızda açılacaq səhifədə müxtəlif qazanc üsulları barədə məqalələrlə tanış olub, bəyəndiklərinizdə iştirak edib əldə etdiyiniz qazancı elə bu sayt vasitəsi ilə rahatlıqla manata çevirə bilərsiniz.

 

2. Sorğu. Artıq saytda görmək istədiyiniz yeniliklər və digər sorğularda iştirak edib sorğuda olan xidmətlərin platfromaya əlavə edilməsi üçün səs verə bilərsiniz.

 

3. Endirim. Artıq Saytımızda mxtəlif endirim kampaniyalarındanda yararlana bilərsiniz. Misal hal hazırda (bu məqalə dərc olunan tarixdə) bütün xidmət kateqoriyasındakı təkliflər (https://mubadile.com/shop/xidm-t) endirimdədir. 

 

4. Ödəniş seçimlərinin izahlı məqaləsi (terminal və bank kartı). Artıq ödəniş üsulunu seçərkən, üsulun kənarındakı linkdən keçərək ardıcıl addımlarla tanış ola bilərsiniz.

 

5. İstəyə görə Whatsapp vasitəsi ilə Sərfəli satış (Nəğdləşdirmə). Artıq siz elektron və ya kriptopullarınızı daha rahat üsulla: Whatsapp üzərindən nəğdləşdirə bilərsiniz. Bunun üçün Sərfəli satış bölməsində sifariş yerləşdirən zaman xüsusi xananı qeyd edin.

 

Videoicmal:

 

Sizlərin dəstəyi ilə inkişaf yoluna davam!

Cəmi şərhlər: 0